image-77777backend

Lavrov: “Ayılar Rusiyanın hər yerində gəzir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Rusiyanın dünyada balalayka, ayı və araqla əlaqələndirilməsində heç bir pislik yoxdur, çünki bu simvollar insanlarda pozitiv emosiyalar yaradır.

“Şükürlər olsun ki, belə simvollarımız var. Bunları biz icad etməmişik, hamısı həyatdan qaynaqlanır”, – XİN başçısı “Tavrida” incəsənət qrupunun üzvləri ilə görüşdə deyib.

“Onlar bizi sadəcə balalaykalar, ayılar və araq ölkəsi kimi qəbul edirlər. Bu isə, şən olmağımızın və həyata pozitiv münasibətimizin göstəricisidir”, – deyə Lavrov vurğulayıb.

Nazirin fikrincə, Rusiyanın simvolları ancaq müsbət qarşılanır. ABŞ-ın isə simvolu sayılan hindlilər, əksinə neqativ emosiyalar yaradır. “Onların taleyi hətta rus ayılarının taleyindən müqayisə olunmaz dərəcədə pisdir. Rezervasiyalarda yaşayırlar, ayılar isə bizimlə birlikdə ölkənin hər yerində gəzir”, – nazir qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki