image-casus-yazilim-reu-1745190_1backend

Kolumbiyadakı Duque hökuməti Pegasus casus proqramı üçün 11 milyon dollar ödəyib

Kolumbiya prezidenti Qustavo Petro əvvəlki hökumətlərin çirkli pulların yuyulması yolu ilə bir İsrail şirkətinə məxsus “Pegasus” adlı casus proqramı üçün 11 milyon dollar ödədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, məsələ ilə bağlı X sosial media platformasında açıqlama verən Petro bunları deyib:
“İsrail vətəndaşı Oded Gindi, sahibi olduğu NSO Group-un biznes meneceri Yehuda Lahav ilə birlikdə 25 iyun 2021-ci il tarixində M-ABGG reysi olan kirayələnmiş təyyarə ilə El Dorado hava limanında narkotik polisinin anqarına endi. Duque hökuməti Pegasusun alınmasını təşkil etdi “Onlar səlahiyyətlilərin onlara təhvil verdiyi 5,5 milyon dolları özləri ilə apardılar.”
Petro, İsrail kəşfiyyatının çirkli pulların yuyulması hesabatına əsaslanaraq, daha iki İsrail təyyarəsinin Kolumbiyaya eniş edərək 5,5 milyon dollar nağd pulla Tel-Əvivə qayıtdığını qeyd edib.
Ümumilikdə 11 milyon dolların nağd şəkildə ödənildiyini bildirən Petro, “Pegasus proqramı Kolumbiyada gənc liderləri və müxalifəti 6 aydan çox gizli dinləmək üçün istifadə edildi. Bu məlumat daha sonra sağçı bir jurnal tərəfindən özəl olaraq yayımlandı. .” dedi.
Petro əllərində olan bütün məlumatları baş prokurorluğa təqdim edəcəklərini və bu vəziyyəti “ciddi” izləyəcəklərini bildirib.
Keçmiş prezident İvan Dukenin Pegasus casus proqramının alındığına dair iddiaları rədd etdiyini xatırladan prezident Petro, “İsraildən gələn təyyarələrin bu məqsədlə Kolumbiyaya eniş etdiyini heç kim inkar edə bilməz” deyib.
Kolumbiyada özəl bir jurnalda dərc olunan xəbərə görə, Kolumbiya Kəşfiyyat İdarəsi (DNI) narkotik təşkilatlarından ələ keçirilən vəsaitlər vasitəsilə Pegasus proqram təminatı üçün İsrailin NSO Group şirkətinə ödəniş edildiyini etiraf edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki