“Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromis əldə etməyə ümidlər var”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində deyib.
“Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır”, – nazir bildirib.
Onun sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda Ukraynanın XİN başçısı Dmitro Kuleba heç bir yeni ideya irəli sürməyib.
Hazırda danışıqlar mərhələsi keçir. Bundan nə nəticə çıxarmaq olar? Kim daha çox haqlı və güclü görünür?
Bu sualların cavabını politoloq Vaqif Hüseyn və hərbi ekspert Ramil Məmmədli müzakirə edir.