image-israil-lubnani-havadan-karadan-vuruyor-cok-sayida-olu-ve-yarali-var-jaltbackend

İsrail qurudan və havadan Livana hücum edir!

İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyruta 3-ü cənubdakı Dahiyə olmaqla 4 dəfə hava hücumu təşkil edib.
Elchi.az xəbər verir ki, İsrail, Beyrutun cənubundakı Dahiyədəki Müəvvəd bölgəsi və Amerika məhəlləsinə 3 raketlə hücum təşkil edib. Digər hücumda isə Beyrutun qərbindəki Basura bölgəsindəki bir bina hədəfə alınıb.
Xəsarət alanların olduğu hücumlarla bağlı hələlik ətraflı məlumat əldə edilməyib.
Digər tərəfdən İsrail ordusunun sözçüsü Avichai Adraee X platformasında verdiyi açıqlamada ordunun Beyrutdakı bəzi hədəflərə “həssas hücumlar” həyata keçirdiyini bildirib.
Adraee hücumlarla bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib.
Bombalamadan sonra hücumların baş verdiyi bölgədən yüksələn qatı tüstü paytaxt Beyrut səmasında geniş ərazini bürüyüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki