İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA, İsrailin Hizbullahın qalası kimi tanınan Dahiye bölgəsindəki Burj əl-Baracineyə 5 çox şiddətli hücum təşkil etdiyini bildirib.
İsrail döyüş təyyarələrinin Dahiyədəki Livan Universitetinin yaxınlığındakı Əl-Hədes bölgəsinə 6 hava hücumu təşkil etdiyi bildirilib.
Hücumlardan sonra ərazidən tüstü qalxıb.
İsrail həmçinin Hizbullahın qalası kimi tanınan Dahiyə bölgəsindəki Hureyk rayonuna 4 hava zərbəsi endirib.
Hücumlarda ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Hücumlar İsrail ordusunun Hurayk səmtindəki bəzi binaların və Dahiyədəki Burj əl-Baracinenin boşaldılması xəbərdarlığından sonra həyata keçirilib.