Yəməndə İranın dəstəklədiyi husilər İsrailin cənubundakı Nevatim Hərbi Hava Bazasını hipersonik ballistik raketlə hədəfə aldıqlarını və Yəmənin şimalındakı Əl-Cəvf əyalətində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqladılar.
Elchi.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri nümayiş zamanı oxuduğu yazılı şərhdə mövzu ilə bağlı məlumat verib.
“Fələstin 2” adlı hipersonik ballistik raketlə İsrailin cənubundakı Negev bölgəsindəki Nevatim Hava Bazasını hədəf alan ixtisaslı hərbi əməliyyat həyata keçirdiklərini ifadə edən Seri, ballistik raketin birbaşa hədəfinə dəydiyini bildirib.
Sözçü Seri həmçinin bildirib ki, hava hücumundan müdafiə qüvvələri bu səhər Əl-Cəvf vilayətinin hava məkanında düşmən əməliyyatları aparan ABŞ-ın MQ-9 tipli PUA-nı vurmağa müvəffəq olub.
Qəzza zolağına verilən dəstək çərçivəsində ABŞ və İsrailə qarşı apardıqları mübarizədə vurulan MQ-9 tipli PUA-ların sayının 12-yə yüksəldiyini bildirən Seri, Fələstin və Livan xalqına dəstəyini davam etdirəcəklərini qeyd edib.
ABŞ və İngiltərə Hudeydaya 2 hücum həyata keçirib
Husilərin “Əl-Mesira” televiziyasının xəbərində Amerika-İngiltərə döyüş təyyarələrinin Hudeydə əyalətinin Et-Tuheyta rayonuna 2 hava hücumu təşkil etdiyi bildirilib.
Xəbərdə dəyən ziyan və hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hər hansı məlumat verilməyib.
Nuranə Məmmədova