Hizbullah hərəkatın icra şurasının rəhbəri Haşim Safiyuddinin İsrailin hücumunda öldürülən baş katibi Həsən Nəsrullahın yerinə seçildiyi barədə xəbərləri təkzib edib.
Elchi.az xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada hərəkatın baş katibliyi ilə bağlı bəzi mətbuat və mətbuat orqanlarında dərc olunan xəbərlərin heç bir əhəmiyyət kəsb etmədiyi bildirilib.
“Aydınlaşdırmaq istərdik ki, baş katibimizin (Nəsrullah) şəhadətindən sonra Hizbullahın rəhbərlik etdiyi təşkilati prosedurlarla bağlı bəzi KİV-lərdə yayılan xəbərlər tamamilə əhəmiyyətsizdir”, – deyə bəyanatda bildirilir. .
Açıqlamada hərəkat rəhbərliyinin bu məsələ ilə bağlı işlərini davam etdirdiyi diqqətə çatdırılıb və “Hizbullah rəhbərliyindən rəsmi açıqlama verilməyincə bu istiqamətdə xəbərlərin nəzərə alınmaması” çağırışı edilib.
Şayəstə Hüseynova