image-383409backend

HƏMAS: Fələstin xalqı İsrailin İordan çayının qərb sahilini ilhaq etmək planının qarşısını alacaq

HƏMAS bəyan edib ki, Fələstin xalqı İsrailin işğal altındakı İordan çayının qərb sahilini “öz xalqını ilhaq etmək və köçürmək” planının qarşısını alacaq.
Elchi.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Harun Nəsirəddin verdiyi yazılı açıqlamada fələstinlilərin İsrailin həyata keçirdiyi dağıntı və zəbt hücumlarına boyun əyməyəcəyini bildirib.
Nəsirəddin açıqlamasında bunları bildirib:
“Fələstin xalqı öz torpaqlarına sadiq qalacaq və ilhaq və köçürmə planını həyata keçirmək üçün İsrail işğalçı qüvvələrinin İordan çayının qərb sahilində və işğal altında olan Qüds şəhərində həyata keçirdiyi dağıdıcı və müsadirə əməliyyatlarına boyun əyməyəcək”.
Nasir əd-Din, “İsrailin fələstinlilərə qarşı cinayətlərinin, İordan çayının qərb sahilində və işğal olunmuş Şərqi Qüdsdə ifrat sağçı İsrail hökuməti və onun ifrat nazirlərinin yürütdüyü faşist siyasəti nəticəsində artdığına” diqqət çəkib.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç dünən ifrat sağçı Dini Sionizm Partiyasının qrup toplantısında bildirib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etməsinin vaxtı çatıb və 2025-ci il İordan çayının ilhaq ili olacaq.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki