Texnologiya nəhəngi Google-un ana şirkəti olan Alphabet, süni intellektin (AI) istifadəsi ilə bağlı siyasətini yeniləyərək, əvvəllər qadağan etdiyi bəzi sahələrə qapı açdı. Şirkət silahlarda süni intellektin istifadəsi ilə bağlı öhdəliyini geri götürüb.
Elchi.az xəbər verir ki, şirkət 2018-ci ildə dərc etdiyi “zərər verə biləcək” istifadələri istisna edən qaydaları ləğv etdi. Bu dəyişiklik silahların inkişafı və müşahidə texnologiyaları kimi sahələrdə süni intellektin istifadəsinə yol açıb.
Google-un DeepMind süni intellekt laboratoriyasının rəhbəri Demis Hassabis və şirkətin baş vitse-prezidenti Ceyms Manyika dəyişikliyi müdafiə edən bloq yazısı dərc ediblər. Məqalədə deyilir: “Bizneslər və demokratik hökumətlər milli təhlükəsizliyi dəstəkləyən süni intellekt üzərində əməkdaşlıq etməlidirlər”.
Şayəstə Hüseynova