“Son günlər ermənilər arasında insanlar müharibə eyforiyasına tutulublar. Anlamırlar ki, yeni bir müharibə erməni xalqının tamamilə tarix səhnəsindən silinməsi ilə nəticələnə bilər” -Alp.az xəbər verir ki, bunu erməni diplomat Edqar Qazaryan deyib.
Erməni diplomat bildirib ki, müharibə istəyənlər erməni xaqının düşmənləridir.
“Bəzilər müharibə istəyir. Müharibəni kiminlə edəcəyik. Anlamırlar bu müharibə bizim sonumuzu gətirə bilər. Müharibə yox, sülh danışıqlarına cəhd etməliyik. Dövlətimizi formalaşdırmalı, ordumuzu qorumalıyıq. İndi müharibə olsun nə qərb, nə də Rusiya bizə dəstək verə bilməyəcək. O, zaman biz dəhşətli situasiya ilə üz-üzə qala bilərik-deyə Qazaryan bildirib.