Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbiylə bu il 190 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə Lassa qızdırması hallarında və ölümlərdə həyəcanverici artım olduğunu bildirib.
İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb.
Bu il Lassa qızdırması epidemiyası səbəbiylə 190 nəfərin həyatını itirdiyini ifadə edən İdris, epidemiyaya bağlı ölüm nisbətinin daim yüksək olaraq qaldığını bildirib.
Hökumət ölkə daxilində epidemiya səbəbiylə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.
Şayəstə Hüseynova