Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Vladimir Putini iddia edilən “imperiya ambisiyalarından” əl çəkməyə çağırıb və Rusiyanın artıq imperiya olmadığını bildirib.
Elchi.az xəbər verir ki, “Delfi” portalına müsahibəsində o vurğulayıb ki, başqa ölkələrə nəzarət etməyə çalışmaq lazım deyil.
O, bunu prezident Putinə çatdırmağa çağırıb ki, “Rusiya artıq imperiya deyil”.
Conson xatırladıb ki, Britaniya İmperiyası “Roma İmperiyasından yeddi dəfə böyükdür”, lakin bu gün ondan praktiki olaraq heç nə qalmayıb və Böyük Britaniya indiki rolu ilə kifayətlənir.
Böyük Britaniyanın keçmiş baş naziri başa düşməyə çağırıb ki, “Estoniya, Latviya, Litva – bu ölkələrin heç biri artıq Rusiya İmperiyasının bir hissəsi deyil və eyni şey Ukraynaya da aiddir. Hər şey bitdi”.
Nuranə Məmmədova