image-wr-960backend

Bloomberg: İsrail kömək üçün Rusiyaya müraciət edir

İsrail Qəzza zolağından girovların azad edilməsi üçün Rusiyaya müraciət edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Agentliyin məlumatına görə, Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu HƏMAS ilə dialoqda yavaş irəliləyiş fonunda bu addımı atıb . Danışıqlar ABŞ, Qətər və Misirin iştirakı ilə aparılır.
Kreml Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı Fələstin hərəkatı ilə əlaqə saxlayır, material müəllifləri vurğulayırlar.
Jurnalistlər qeyd edirlər ki, İsraildə böyük böhran yaranır . Həmas tunellərində altı ölü girov tapıldıqdan sonra müxalifət Netanyahunu hərəkətsizlikdə ittiham etməyə başladı.

Nuranə Məmmədova

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki