image-6764af7b-a990-3d89-b0de-afeb8e310ebd_850backend

“Bavariya”nın iki futbolçusu “Mançester Yunayted”in maraq dairəsinə düşüb

Almaniya təmsilçisi “Bavariya”nın iki futbolçusu İngiltərənin “Mançester Yunayted” klubunun maraq dairəsinə düşüb.

Elchi.az  xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” münhenlilərin heyətində Leroy Sane və Leon Qoretska ilə maraqlanır.

Qoretskanın komandası ilə müqavilə müddəti mövsümün sonunda, Sanenin isə sözləşməsi gələn il başa çatacaq.

Qeyd edək ki, Sane cari mövsüm “Bavariya” forması ilə 4 oyunda 1 qol, Qoretska isə 6 matçda 2 qola imza atıb.

Havar Şəfiyeva
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki