Son zamanlar Qara dənizdə vəziyyət kəskin şəkildə pisləşib. ABŞ-ın Aralıq dənizində yerləşən Altıncı Donanmasının gəmiləri bir-birinin ardınca Qara dənizin sylarına daxil olub. Sözsüz ki, bu Rusiyanı qəzəbləndirib. Maraqlıdır ABŞ Qara dənizə nüfuz etməklə nəyə nail olmaq istəyir?
Hərbi analtiklər hesab edir ki, ABŞ və müttəfiqləri Rusiyanı elə Qara dənizdə sıxmağa nail olmaq istəyir. Bu da səbəbsiz deyil. Pentaqon ABŞ-ın və NATO müttəfiqlərinin – Türkiyə, Bolqarıstan, Rumıniya, həmçinin Gürcüstan və Ukraynanın dəniz qüvvələri ilə çoxmillətli təlimlər keçirəcəyini açıqlaması Rusiyada böyük ajotaj yaradıb.
Eyni zamanda, Qara dəniz üzərində , ABŞ-ın iki B-1B strateji bombardmançı təyyarəsi və E-8C kəşfiyyat və nəzarət təyyarəsi müşahidə olunub. Onlar müxtəlif modifikasiyalı B-61 sərbəst düşən atom bombalarının saxlandığı Almaniyadakı Amerika bazasından, Ramstein-dən və Kiprdən, müstəmləkə dövründən bəri adada qalan Britaniya hərbi dəniz bazasından uçublar. Bu həftə boyunca Siciliyadakı bazadan uçan ABŞ-ın P-8A Poseidon patrul təyyarəsini, Rumıniya aerodromundan havaya qalxan Fransanın C-160 Gabriel kəşfiyyat təyyarəsini də Qara dəniz üzərində uçuşlar həyata keçirdib. Ukrayna ərazisindən keçməklə Böyük Britaniyadan gələn U-2 kəşfiyyat təyyarəsi də Qara dəniz üzərində təlim uçuşu həyata keçirib.
Sözsüz bu təlimlər Rusiyanı ciddi narahat edir. Bunun başlıca səbəbi ümumilikdə Rusiya sərhədləri yaxınlığına çoxmillətli qoşun kontigentinin yığılmasıdır.
“Nəzərə alsaq ki, tədbirdə Amerika Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə yanaşı, taktiki, patrul və strateji aviasiya, həmçinin Bolqarıstan, Gürcüstan, Rumıniya, Türkiyə və Ukrayna silahlı qüvvələrinin kontingentinin iştirakı planlaşdırılır. Bu ABŞ və NATO qüvvələrinin Rusiyaya təhdidir. Amma Rusiya istənilən müharibəyə hazırdır “.-deyə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib .
Qoşqar Salmanlı