image-uluslararasi-ceza-mahkemesi-aa-1556238_1backend

Aİ Trampın ICC-yə sanksiya tətbiq etmək qərarına reaksiya verib

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) müstəqilliyini və qərəzsizliyini vurğulayaraq, sanksiyaların tətbiqinin bütövlükdə beynəlxalq ədalət sistemini zəiflədəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Kosta bu barədə Brüsseldə ICC prezidenti Tomoko Akane ilə görüşündən sonra sosial media hesabında açıqlama verib.
BCM-nin “dünyanın ən dəhşətli cinayətlərinin” qurbanlarına ədalətin çatdırılmasında mühüm rol oynadığını ifadə edən Kosta, “Müstəqillik və tərəfsizlik Məhkəmənin işinin mühüm xüsusiyyətləridir” ifadəsini işlədib.
Aİ-nin cəzasızlığa son qoymaq və beynəlxalq hüququn bütün pozuntularına görə cavabdehliyi təmin etmək əzmində olduğunu vurğulayan Kosta, “ICC-yə qarşı sanksiyaların tətbiqi Məhkəmənin müstəqilliyini təhdid edəcək və bütövlükdə beynəlxalq cinayət ədalət sistemini zəiflədəcək” qiymətləndirmə aparıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki