image-avrupa-birligi-ab-reu-1543462_1backend

Aİ-dən Suriya xalqına həmrəylik mesajı

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyada Bəşər Əsəd rejiminin süqutunu “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirərək Birliyin Suriya xalqı ilə həmrəyliyini ifadə edib.
Elchi.az xəbər verir ki, Kallasın AB adından verdiyi açıqlamada Əsəd rejiminin süqutu “10 ildən artıqdır ki, münaqişə, zülm və insan əzablarına dözən Suriya xalqı üçün tarixi bir an” olaraq xarakterizə edilib.
Açıqlamada AB-nin Suriya xalqı ilə həmrəy olduğu ifadə edilərək, “Bu gün həm ölkədə, həm də diasporda ümidlə dolu, eyni zamanda qeyri-müəyyən bir gələcəkdən qorxan bütün suriyalıların yanındayıq.
“Hər kəsin öz ölkəsini birləşdirmək, sabitləşdirmək və yenidən qurmaq, ədaləti bərqərar etmək və hesabatlılığı təmin etmək imkanı olmalıdır”.
Bəyanatda ədalətin bərpası, qurumların yenidən qurulması və dinc keçidin təmin edilməsinin vacibliyinə diqqət çəkilərək, Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qorunmasının, hər cür ekstremizmin rədd edilməsinin vacibliyi vurğulanıb.
Bəyanatda bütün tərəfləri zorakılıqdan çəkinməyə, mülki şəxslərin müdafiəsini təmin etməyə və beynəlxalq hüquqa riayət etməyə çağıraraq, paytaxt Dəməşqdəki xristianların və digər azlıq icmalarının, eləcə də xarici vətəndaşların və diplomatik nümayəndələrin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki