image-qeza-yol-nishani-1backend

Adam öldürüb, hadisə yerindən qaçan şəxsi maşın vurdu

Oktyabrın 13-də saat 22 radələrində Bakıda 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

Elchi.az APA-ya istinadla xəbər verir ki, T.Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda istintaq araşdırması davam etdirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki