Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.
Elchi.az Report-a istinadla xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.
Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.
İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.