image-7753a614-3435-3438-8c4a-13745f96b57b_850backend

Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb

Moskva vilayətində istixana kompleksində güclü yanğın baş verib, dörd nəfər həlak olub.

Elchi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur, yanğın 1050 kvadratmetr ərazini əhatə edib.

“Moskva vilayətində baş verən yanğında dörd nəfər həlak olub. Yanğının qarşısı alınıb”, – qurumdan bildirilib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün 22 nəfər və 7 texnika cəlb edilib. “Shot” teleqram kanalının məlumatına görə, yanğın qaz partlayışı nəticəsində başlayıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki