ABŞ ilə münasibətlərdə artan gərginlik Kanadanın xarici siyasət istiqaməti ilə bağlı müxtəlif ssenarilərin müzakirəsinə səbəb olur. Bunlardan biri də Avropa İttifaqına (Aİ) daxil olma ehtimalıdır.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanı “51-ci dövlət” olmağa məcbur edəcəyi ilə hədələdikdən sonra The Economist yazıçısı Stenli Piqnal ölkənin yeni ittifaqa üz tuta biləcəyini irəli sürdü.
Pignal deyir ki, Avropa və Kanada daha güclü qarşılıqlı tərəfdaşlığa ehtiyac duyur.
Bu ideyanı Kanadanın Parisdəki səfirliyinin keçmiş sözçüsü və Britaniyanın Aİ-yə tərəfdar hərəkatının aparıcı simalarından biri dəstəkləyib, Almaniyanın keçmiş xarici işlər naziri də müzakirələrə qoşulub.
Monrealda çıxan “La Presse” qəzeti bu təklifi “zarafat və ya ciddi olduğu bilinmir” kimi qiymətləndirib.
Şayəstə Hüseynova