İranın İsrailə gecə hücumundan sonra bir çox aviaşirkət reysləri marşrutundan yayınaraq müxtəlif şəhərlərdə məcburi eniş edib.
Elchi.az xəbər verir ki, Avropa və Şimali Amerikadan Körfəz və Cənubi Asiyaya uçuşlar normal olaraq Türkiyənin cənub-şərqindən keçir və İran və ya İraq üzərindən davam edir.
Lakin İrandan İsrailə atılan raketlər səbəbindən İraq və İran hava məkanları, İordaniya hava məkanı da müvəqqəti bağlanıb.
Bu xaosun ən parlaq nümunəsi Air France-ın Parisdən Mumbaya gedən AF218 reysi olub.
Şayəstə Hüseynova