Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyənin Suriyada gözlənilən sərhəd əməliyyatını “qəbuledilməz” adlandırıb. Təhlükəsizlik və beynəlxalq əlaqələr üzrə ekspertlər 2019-cu ildə “Sülh çeşməsi”ndən əvvəl Rusiyadan oxşar bəyanatların verildiyini, lakin Türkiyənin sərhəddən keçən antiterror əməliyyatlarının qarşısını ala bilmədiklərini bildiriblər.
Elchi.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən 22-ci Suriya danışıqlarından sonra Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı ilə bağlı açıqlamalar verib. Əməliyyatın Moskva üçün qəbuledilməz olduğunu bildirən Lavrentyev, “Türk tərəfinin bu addımlardan qaçacağına ümid edirik, çünki Suriyada yeni əməliyyatın mənfi nəticələri ola bilər” deyib. Təhlükəsizlik mütəxəssisi təqaüdçü əsgər Gürsel Tokmakoğlu və beynəlxalq əlaqələr üzrə mütəxəssis Prof. Dr. Kamer Kasım Ankara ilə Moskva arasındakı Suriya polemikasını dəyərləndirib.
Şayəstə Hüseynova