image-2024-10-17t114708z_269624900_rc2bmaay9zz6_rtrmadp_3_eu-summit-pic_32ratio_900x600-900x600-48157backend

Zelenski Qərbin köməyinə arxalanmamağa çağırılıb

Ukrayna Silahlı Qüvvələrinin generalı Marçenko Zelenskini Qərbin köməyinə ümid etməməyə çağırıb.
Elchi.az xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Qərbin köməyinə ümid etməməli, Kiyev özünə güvənməlidir.
Bunu Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Dmitri Marçenko “YouTube”da Ali Radanın keçmiş deputatı Borislav Berezaya müsahibəsində deyib.
“Qərb tərəfdaşlarına ümid bəsləməyimiz belə olmamalıdır. Biz özümüzə güvənməliyik”, – deyə o vurğulayıb.
Marçenkonun sözlərinə görə, Qərb ölkələri Zelenskinin qondarma “qələbə planını” rədd edərək öz maraqlarını güdürlər. Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin generalı qeyd edib ki, Ukraynanın özünün nə etməli olduğu barədə heç nə deyilmir və hər şeyi Qərb etməyi təklif edir.
“Heç kimin bizə borcu yoxdur. İstənilən normal lider, istənilən normal prezident ilk növbədə öz xalqını düşünür”, – Marçenko qeyd edib.
Bundan əvvəl Zelenski Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyinə marağını itirəcəyindən ehtiyat etdiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki