Hazırda toyuq donuz ətindən sonra ikinci ən populyar ətdir, lakin bu vəziyyət 2027-ci ilə qədər dəyişməlidir. S&P Global Platts konsaltinq şirkətinin proqnozlarına görə, toyuq ətinin istehlakı 2027-ci ilə qədər 117 milyon tona, Ecofin agentliyinə görə isə 2030-cu ildə pik həddə 120 milyon tona çatacaq.
Elchi.az “Aqroeksport”a istinadən xəbər verir ki, bu dinamika toyuq ətinə donuz ətini ötmək imkanı verəcək, onun istehsalı, əksinə, 2027-2030-cu illər arasında təxminən 115 milyon ton səviyyəsində sabitləşəcək.
İstehlak artımının hərəkətverici qüvvələri Asiya və Afrika ölkələri olacaq. Belə ki, Hindistan, Vyetnam və Filippinin 2030-cu ilə qədər toyuq istehlakını müvafiq olaraq 27%, 17% və 15% artıracağı gözlənilir.Afrikada isə bu rəqəmin 21% artaraq 7,54 milyon tona çatacağı proqnozlaşdırılır.
Yeganə