Vətən müharibəsi başlayan kimi minlərlə vətən oğlu silaha sarıldı. Qarabağ savaşının ilk günlərindən döyüşlərə atılan oğullarımızdan biri də bu gün doğum günü olan Rauf İbadov idi. 24 yaşlı Rauf İbadov rəssam idi. Yaradıcı insanlar həssas olur. Bu həssaslıq vətənə torpağa qarşı ümmansızdır. Könüllü cəbhəyə yollanacaq qədər cəsurdur. Yaralı və şəhid əsgər yoldaşlarını çiyinlərində daşıyacaq qədər müqəddəsdir. Döyüşlərdə son nəfəsinə qədər mübarizədir. Şəhadətdir. Rəssam həm də gələcəyin rəsmini çəkən. Vətən müharibəsində isə gələcək üçün vuruşanların qələbə rəsmini tamamlayandır.
İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.
2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil almışdı.
2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.
Döyüş meydanından yaralı şəhid əsgər yoldaşlarını öz çiynində daşıyıb Rauf. Yüksək qəhrəmanlığına görə 3 medal və fəxri fərmanlara layiq görülən 24 yaşlı Abşeronlu şəhid Rauf İbadov.
Sentyabr ayının 27-sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.
Hadrut meşəliyində gecə saatlarında, bütün heyət mühasirəyə düşmüş və 6 şəhid vermişlər və Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırıb. Səhərə yaxın gəlib öz mövqeyinə çatmışdır və bunlara baxmayaraq, o komandirlərinə ön cəbhədə vuruşacağını və yeni post alacağını dəfələrlə söyləmişdir. Bu müddət ərzində o gizir vəzifəsinə təyin olunmuş və 052 saylı briqadaya rabitəçi təyin olunmuşdur.
Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.
Rauf İbadov həmdə rəssam olub. Çəkdiyi rəsm əsərlərinin əksərriyəti Vətənpərvərlik mövzusunu əhatə edib.
Şəhid Rauf İbadov Abşeron rayon Saray qəsəbə şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” , “Füzulinin Azad olunması görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin.