Böyük Britaniyada müsəlmanlara qarşı (islamofobiya) nifrət cinayətlərini izləyən qeyri-hökumət təşkilatı Tell MAMA-ya görə, 2024-cü il müsəlmanlara qarşı nifrət cinayətlərinin rekord ili olacaq və X (keçmiş Twitter) internetdə müsəlmanlara qarşı nifrətin mərkəzindədir.
Elchi.az xəbər verir ki, Tell MAMA-nın 2012-ci ildən bəri hazırladığı anti-müsəlman hücumlarına dair illik hesabatı “Müsəlmanlara qarşı nifrətin yeni qaydası” başlığı ilə dərc edilib.
Hesabata görə, Tell MAMA 2012-2022-ci illər arasında müsəlmanlara qarşı nifrət cinayətləri ilə bağlı 20.000-dən çox, son iki ildə isə 10.719 hesabat alıb.
Müsəlmanlara qarşı nifrət cinayətləri ilə bağlı hesabat rekordu keçən il 6313 hesabatla yenilənib. Hesabatda vurğulanıb ki, bu rəqəm 2022-ci illə müqayisədə 165 faiz artımdan xəbər verir.
Ötən il müsəlmanlara qarşı bildirilən nifrət cinayətlərinin 5837-si təsdiqlənib və bunların 3530-u gündəlik həyatda baş verib.
Gündəlik həyatda müsəlmanlara qarşı törədilən nifrət cinayətlərinin sayı 2012-2024-cü illər arasında 2253 faiz artıb.
Fiziki və şifahi hücuma məruz qalan və zahiri görünüşü müsəlman olduqları ortaya çıxanların sayının 1029 olduğu açıqlanıb. Onların 53 faizi hicablı, 30 faizi saqqallı, 3 faizi isə örtü taxdığını bildirib.
Qadınlar cinsiyyətçi, irqçi, müsəlmanlara qarşı hücumlara və cinsi təcavüz təhdidlərinə daha çox məruz qalır, kişilər isə qadınlardan fərqli olaraq sui-istifadədə günahlandırılır.
Böyük Britaniyadakı müsəlmanlar 62% ilə 2024-cü ildə ən çox şifahi və fiziki zorakılığa məruz qalıblar. Bunu 15 faizlə hədələyici davranış izlədi. Müsəlmanlara qarşı hücumların 45 faizi ictimai yerlərdə, 10 faizi təhsil müəssisələrində, 8 faizi isə iş yerlərində baş verib.
Şayəstə Hüseynova