image-1000-2-3_925backend

Vitse-prezident Vens: Zelenski Trampı tənqid etməyə davam etsə, peşman olacaq

Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampı tənqid edən çıxışları ona zərər verə bilər.
Elchi.az xəbər verir ki, bu bəyanatla Amerikanın vitse-prezidenti J.D.Vens çıxış edib.
“Daily Mail”ə müsahibəsində Vens Zelenskinin Amerika liderinə təsir etmək üçün Vaşinqtonun ictimai tənqidindən istifadə etdiyini irəli sürüb.
“Trampı tanıyan hər kəs sizə deyəcək ki, bu, onun administrasiyası ilə qarşılıqlı əlaqənin dəhşətli yoludur”, – vitse-prezident deyib.
Siyasətçi əlavə edib ki, Trampın bütün hərəkətləri və sözləri onun Ukrayna münaqişəsi ətrafındakı vəziyyətlə bağlı öz baxışıdır. Onun sözlərinə görə, Vaşinqton bu böhrana son qoymağı zəruri hesab edir.
Bundan əvvəl Tramp Zelenskini “seçkisiz diktator” adlandırıb və onun Ukraynada dəstəyinin səviyyəsinin 4 faizi ötmədiyini bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki