image-ukrayna-rusya-da-iha-larla-hedef-aldigi-yerlere-dair-aciklama-yapti-1724317660-202_largebackend

Ukrayna Rusiyada PUA ilə hədəf aldığı yerlərlə bağlı açıqlama verib

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov Rusiyanın “Ostafyevo” hava limanına və “Millerovo” hərbi hava bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Budanov “The War Zone” xəbər saytına verdiyi açıqlamada, dünən Rusiyada bəzi obyektlərə qarşı İHA-lardan istifadə edərək əməliyyat keçirdiklərini bildirib
Moskva yaxınlığındakı radiotexniki kəşfiyyat mərkəzinə və “ Ostafyevo ” hava limanına PUA hücumu həyata keçirdiklərini bildirən Budanov , PUA-larla Rostov vilayətindəki “ Millerovo ” hərbi hava bazasına da hücum etdiklərini qeyd edib.
Hücumlarda 50-yə yaxın İHA-dan istifadə edildiyini bildirən Budanov, hücumun vurduğu zərərin dəqiqləşdirilməsi üçün işlərin aparıldığını bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki