image-imagesbackend

Türkiyə dünyanı heyrətləndirəcək yeni PUA-sını TƏQDİM ETDİ

Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan “Aksungur” pilotsuz uçuş aparatı “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib. “Anadolu” agentliyinin verdiyi məlumata görə, PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.

TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız agentliyinə açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd “Aksungur” PUA-sı verməlidir. Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki