image-politoloq-enginbackend

Türkiyəli politoloq: “Bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlıdır”

“Londonda Azərbaycan səfirliyinə hücumun edilməsiylə ilə bağlı indidən hər hansı fikir bildirmək doğru olmaz. Bunun həqiqətən də İranla bağlantılı olan radikal qruplaşmanın etdiyini söyləmək bugünkü siyasi konyukturaya uyğun deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.

Politoloq qeyd edib ki, həmin dəstə çox mütəşəkkil bir qrupdur:

“Bilirik ki, İran və Azərbaycan arasında hazırda çox da yaxşı olmayan münasibətlər var. Amma, bu münasibətlər müzakirə ediləcək və əlaqələr çərçivəsində davam edə bilər. Fikrimcə, məhz bu olay həmin dediyim durumun pozulması ilə bağlı bir cəhd idi”.

Politoloqun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin pozulmasında maraqlıdır:

“Bilirsiniz ki, Hindistanla Rusiyanın yeni nəqliyyat xətti qurmaq layihəsi var. Bu layihədə ən önəmli məqam İran və Azərbaycan münasibətlərinin yaxşı olması ilə əlaqəlidir. Yəni, əgər İranla Azərbaycan arasında ən kiçik problem olarsa, bu layihə reallaşa bilməz. Dolayısıyla, bu nəhəng layihə uğursuzluğa düçar olar. Qısası, baş verən hadisəni bu layihəyə qarşı çıxan güclər üzərindən şərh edə bilərik. Əsasən, hazırda İranla Azərbaycan arasında ən vacib mövzu Zəngəzur dəhlizidir. İran bu məsələdən çox da razı deyil. İkincisi isə bu hadisə İran və Azərbaycan arasında görülə biləcək Hindistan keçidi ilə bağlı anlaşmayla da əlaqəli ola bilər. Yəni, məsələyə bu kontekstdə də baxmaq lazımdır”.

Demokrat.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki