image-britaniya-hdqbackend

Böyük Britaniyanın ilk pilotsuz sualtı qayığı belə olacaq – FOTO

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri (HDQ) “Cetus” layihəsi çərçivəsində inşa olunmağa başlanılan pilotsuz (ekipajsız) sualtı qayıq 2 il sonra təhvil alacaqlar.

Alp.az-ın xəbərinə görə, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında açıqlanıb.

Böyük Britaniya HDQ-sı bu qayığın satınalınması üçün icraçı şirkət “MSubs”la 15,4 milyon funt sterlinq (18,8 milyon ABŞ dolları) məbləğində müqavilə imzalayıb.

Bu qayıq Böyük Britaniya HDQ-sında ilk belə hərbi dəniz vasitəsi olacaq.

Layihəyə əsasən sualtı gəminin uzunluğu 12 metr, diametri 2,2 metr, çəkisi isə 17 ton olacağı nəzərdə tutulub. Bu Avropada ilk belə sualtı qayıq olacaq.

Qayığın ölçüsü onun nəqliyyat vasitələri ilə daşınmasını da asanlaşdırır.

Xatırladaq ki, 2022-ci ilin noyabrın əvvəllərində ABŞ-ın gəmitikinti şirkəti olan “Huntington Ingalls Industries” özünün ilk sualtı qayığı olan “Remus 620″ni təqdim edib.

image-sualti-qayiq-britaniya-_-proekt-cetus

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki