image-1625662557_taktik-fuze-silah-sistemi-coverbackend

Türkiyə daha bir möhtəşəm silahını təqdim edəcək: Hədəfi 8000 metrdə məhv edir 

Türkiyə silah sənayesinin ən böyük şirkətlərindən biri olan “Roketsan” şirkəti daha bir silahını təqdim edib. Alp.az Türkiyə hərbi mənbələrinə istinadən xəbər verir ki, yeni taktiki raket atma sistemi yüksək hərəkət qabiliyyəti, 360 dərəcə fırlanma xüsusiyyəti həmçinin avtomobilin içindən idarə oluna bilən stabilləşdirilmiş qüllə sistemi ilə təhciz edilib. Taktiki Raket Atma Sistemi [KMC] həm dayanaraq, həm də hərəkət edərək atış etmək  qabiliyyətinə malikdir.Taktiki Raket Atma Sistemi Lazer izləmə raketləri ilə təhciz olunub. Raket  yüksək həssaslığa və dağıdıcı gücə malik bir sistemdir.

KMC Silah Sistemi;

Ümumilikdə 12 raket daşımaq gücündə olan sistem tam avtomatlaşdırılmışdır. Hədəfi işarələyən sistem onu izləyə, komando qərargah məntəqəsinə məlumat göndərə bilir.

Sistem xüsusiyyətləri
Həm LAZER, həm də IIR idarə olunan 4 müxtəlif növ raketləri atmağa qadir olan yüksək texnologiyalı silah sistemidir.

Yeni sistemin 2022-ci ilin martında təqdim olunacağı bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki