Böyük Britaniya Ukrayna ordusunun silahlanmasına daxil ediləcək “Brimstone-2” raketlərinin təhvil verilməsi prosesini yekunlaşdırıb.
Alp.az-ın “The Telegraph” nəşrinə istinadən verdiyi məlumatına görə, modernləşdirilmiş “Brimstone-2” raketləri lazer tuşlama sistemi ilə təmin edilib. Bu da hədəfi daha dəqiq məhv etməyə imkan verir. “Brimstone-2” raketləri həm də zireh əleyhinə effektlidir.
“Hava-yer” tipli raketlər yalnız aviasiya vasitələrinə inteqrasiya edilə bilir.
Təyyarədən atılan raket 60 kilometrdəki məsafəni vura bilir. Bir raketin qiyməti 175 000 funt sterlinqdir.
Ukraynaya verilən raketlərin sayı haqda isə məlumat verilmir.