ABŞ-da prezident seçkiləri yarışında qalib gələn Respublikaçı Donald Tramp səslərin hesablanmasının tamamlandığı Alyaska ştatında da qalib gələrək 295 nümayəndəyə çatıb.
Elchi.az xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçirilən və Trampın qalib gəldiyi prezident seçkiləri üçün səslərin hesablanması başa çatan Alyaska və Men ştatlarında nəticələr açıqlanıb.
Daha əvvəl 270 nümayəndəni keçərək prezidentliyə vəsiqə qazanan Tramp Alyaskanı da qazandı və oradan gələn 3 nümayəndə də daxil olmaqla cəmi 295 nümayəndəyə çatıb.
Digər tərəfdən, Men ştatında səslərin sayılması başa çatdıqdan sonra Harris daha 2 nümayəndə qeydə alıb və ümumilikdə 226 nümayəndəyə çatıb.
Seçkilərin nəticələri və qalib müəyyən olunduğu üçün Nevada və Arizona ştatlarında qalan nəticələrin simvolik mənadan kənar heç bir dəyəri yoxdur. Bu iki ştatda nəticələrin tezliklə bəlli olacağı gözlənilir.