TikTok-un sahibi ByteDance, süni intellekt (AI) modellərindən birinin təliminə “zərərli müdaxilə” üçün bir təcrübəçini işdən çıxardığını açıqladı.
Elchi.az xəbər verir ki, hadisə həftə sonu sosial şəbəkələrdə yayılan xəbərlərlə gündəmə gəlib. Çin texnologiya nəhənginin ChatGPT-yə bənzər süni intellekt chatbotu olan Doubao ölkədə ən populyar süni intellekt proqramlarından biri kimi tanınır.
Mövzu ilə bağlı açıqlama verən ByteDance, “Sözügedən şəxs reklam texnologiyası komandasında təcrübəçi idi və süni intellekt laboratoriyası ilə bağlı heç bir təcrübəsi yox idi” dedi.
O, təcrübəçinin sosial şəbəkədəki profilində və bəzi KİV-də yayılan məlumatların yanlış olduğunu da vurğulayıb.
Şirkət bildirib ki, onun kommersiya onlayn əməliyyatları və böyük dildə AI modelləri təcrübəçinin hərəkətlərindən təsirlənməyib.
Şayəstə Hüseynova