Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünə ev sahibliyi etməkdən şad olacağını bildirib.
Elchi.az Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, fevralın 12-də Putin və Tramp arasında telefon danışığının təqdir edildiyi bildirilib.
Putin və Trampın Səudiyyə Ərəbistanında bir araya gələcəyi sammitin keçirilə biləcəyinə işarə edilən açıqlamada, “Səudiyyə Ərəbistanı Krallığı zirvəni Krallıqda keçirməkdən məmnun olar” ifadəsi işlədilib.
Bəyanatda Səudiyyə Ərəbistanının Rusiya ilə Ukrayna arasında qalıcı sülhə nail olmaq üçün səylərini davam etdirəcəyi vurğulanıb və iki ölkə arasında böhranın başlanğıcından bəri sülh səylərini davam etdirdikləri diqqətə çatdırılıb.
Bəyanatda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın 3 mart 2022-ci ildə Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarında böhranın siyasi həlli üçün səy göstərəcəklərini bildirdiyi xatırladılıb və əlavə edilib: “Səudiyyə Ərəbistanı Krallığı bu səyləri 3 ildir davam etdirib və bu çərçivədə bir çox görüşlərə ev sahibliyi edib”.
ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsini “ehtimal”a son qoymaq üçün tezliklə Səudiyyə Ərəbistanında Rusiya prezidenti Putinlə görüşəcəyini açıqlayıb.
Nuranə Məmmədova