Belqrad Rusiyadan Serbiyanın Neft Sənayesindəki (NİS) payını almayacaq, onun 56,15 faizi “Qazprom Neft” və “Qazprom”a məxsusdur.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu sözləri Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Biz Rusiya ilə razılaşdırılmamış NIS məsələsi ilə bağlı heç bir tədbir görməyəcəyik. Biz soyğunçu deyilik, oğru deyilik, heç kimin malını əlimizdən almayacağıq”,-deyə o, qeyd edib.
Yeganə