image-c59dffa6f8161196655d95788e9564f8backend

Rusiyanın Ukraynadakı İTKİLƏRİ: 19100 hərbçi, yüzlərlə hərbi texnika..

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayını açıqlayıb.

Alp.az xəbər verir ki, qurumun məlumatına görə, indiyədək Rusiyanın 19 100-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Həmçinin Rusiyaya məxsus 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki