image-resizebackend

Rusiya-Ukrayana müharibəsi tarixdə necə qalacaq? – “Bunun adı işğaldır“

Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar əksər analitiklər tərəfindən işğal kimi qiymətləndirilsə də, prezident Vladimir Putin bu addımın təhlükəsizlik məqsədilə atıldığını iddia edir. Onun qənaətinə görə, təhlükə Rusiya sərhədlərinə çatdığı üçün hərbi əməliyyatların başlanması qaçılmaz olmuşdu.

Maraqlıdır, Rusiya – Ukrayna müharibəsi tarixdə necə qalacaq? Zaman özünəbəraət axtarışına çıxan Rusiyaya nə vaxtsa haqq qazandıracqmı?

Tarixçi-alim Boran Əziz Yenisabah.az-a açıqlamasında deyib ki, suveren dövlətin ərazisinə hücum işğalçılıq faktı kimi qiymətləndirilməlidir:

“Mənim fikrimcə, suveren, müstəqil bir dövlətin ərazisinə hücum yalnız işğal adlandırıla bilər. Sadəcə olaraq, bunun xüsusi hərbi əməliyyat kimi qiymətləndirilməsi, işğalçılıq məqsədini gizlətmək, dünya ictimaiyyətini aldatmaqdan başqa birr şey deyil”.

Tarixçinin sözlərinə görə, bir ölkənin təhlükəsizliyi digərinin işğalı hesabına təmin edilməməlidir:

“Qətiyyən özünümüdafiə kimi qiymətləndirilə bilməz. Bəs onda Ukraynanın təhlükəsizliyinə kim cavab verəcək? Sənin ölkənin təhlükəsizlik məsələsi var, Ukraynanın yoxdur? Eyni prizmadan Azərbaycana və digər müstəqil dövlətlərə də yanaşıla bilər. Bir ölkənin təhlükəsizliyi digərinin işğalı hesabına təmin edilməməlidir. Bu yanlış bir yoldur. Bu dünya nizamını, beynəlxalq hüququ tamamilə pozmaq və onu ayaqlar altına atmaq deməkdir”.

B.Əziz qeyd edib ki, ərazilər itirilsə də, tarixi ədalət bərpa olunacaq:

“Ukraynanın öz torpaqlarında azadlıq uğrunda mübarizə aparmasını yüksək dəyərləndirirəm. Ərazisinin bir hissəsi itirilsə də tarixi ədalətin bərpa olunacağına heç bir şübhəm yoxdur”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki