image-neft-tsisternabackend

Rusiya neftinin alışında Çini qabaqlayan ölkənin adı açıqlanıb

Bu ilin iyul ayına olan məlumata görə, Hindistan Rusiya neftinin ən böyük idxalçısı olub.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, ölkə Rusiya xammalının alışının həcminə görə Çini keçib.
“Rusiya xam nefti keçən ay Hindistanın ümumi idxalının rekord həddi – 44%-ni təşkil edib və bu, iyun ayı ilə müqayisədə 4,2% və bir il əvvəllə müqayisədə 12% çox olmaqla, gündəlik 2,07 milyon barrelə (b/d) yüksələrək rekord həddə çatıb. .
Bu müddət ərzində Çin gündəlik 1,76 milyon barel neft alıb. Ekspertlər hesab edirlər ki, Rusiya yanacağının idxalının azalması yerli neft emalı zavodlarının (NEZ) yanacaq istehsalından əldə etdiyi mənfəətin azalması ilə izah olunur.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki