Rusiya ərzaq və digər yardımlar, o cümlədən Ukraynaya qarşı müharibədə ilə əlaqədar hərbi və maliyyə yardımı üçün Çinə müraciət edib.
Alp.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.
Konkret olaraq, Rusiya Çindən hazır yemək və ya MRE kimi tanınan qablaşdırılmış, tez xarab olmayan ərzaq bağlamalarını istəyir.
Hərbi analitiklərin və rəsmilərin fikrincə, belə bir sorğu Ukraynada Rusiya hərbi qüvvələrinin irəliləməsinə mane olan əsas maddi-texniki problemləri vurğulayır və Rusiya ordusunun fundamental hazırlığını şübhə altına alır.
CNN qaynaqlarından biri qidanın Çinin qarşılamağa hazır olacağı bir tələb ola biləcəyini irəli sürüb. Çünki bu, Qərb tərəfindən təxribat kimi qiymətləndiriləcək “ölümcül” yardımı əhatə etmir.
Qeyd olunur ki, Çin Rusiyaya tələb olunan hərbi və maliyyə yardımını göstərmək üçün müəyyən açıqlığını ifadə edib, lakin onun bunu edib-etməyəcəyi hələlik bəlli deyil.
İki rəsmi Çinin iqtisadi böhrandan qaçmaq istəyinin Rusiyaya kömək etmək istəyini məhdudlaşdıra biləcəyini deyib. Rəsmilər ayrıca CNN-ə bildiriblər ki, Çin lideri Ukraynadakı müharibənin NATO-nun müttəfiqliyini necə gücləndirdiyindən narahatdır.