Rusiya Federasiyasının Primorsk diyarında 4 nəfər kommunist deputatdan ibarət qrup prezident Putinə müraciət layihəsi hazırlayıb və orada qondarma “xüsusi hərbi əməliyyat”ın dayandırılmasını və qoşunların Ukrayna ərazisindən çıxarılmasını tələb ediblər.
Rusiya RosSMI-nin məlumatına görə, müvafiq müraciəti cümə günü, mayın 27-dəki iclasda Kommunist Partiyası fraksiyasının üzvü Leonid Vasyukeviçin səsləndirib.
“Biz başa düşürük ki, Rusiya hərbi əməliyyatları dayandırmasa, onda ölkədə yetimlərin sayı daha da artacaq”- deyə deputat vurğulayıb.
Bildirilir ki, hər şey vilayət hökumətinin 2021-ci il üçün işi haqqında hesabat hazırlayan qubernator Oleq Kozhemyakonun iştirakı ilə baş verib.Moderator.az