image-image_750x_6229f860e465bbackend

Qaçırılan  deputat Leyla İbrahimova azad edildi

Bu gün səhər saatlarında rus silahlıları tərəfindən qaçırılan Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimova azad edilib.

Alp.az  “Zn.ua” saytına istinadən bildirir ki, bu barədə Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko məlumat verib.

“Leyla İbrahimova Melitopolda müqavimət simvoludur. Məhz bu cəsarətli qadın hər gün mitinqlərə çıxır və insanları ora toplayırdı. Onlar rus işğalçılarına Melitopolun Ukrayna olduğunu göstərdilər. Leyla artıq evdədir, amma onunla əlaqə yoxdur”, – Poroşenko deyib.

Qeyd edək ki, bu gün səhər silahlı rus əsgərləri L.İbrahimovanın evinə soxularaq onu naməlum istiqamətə aparmışdılar. Leyla İbrahimova yerli Krım tatar xalqının nümayəndəsidir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki