Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb. Bu haqda Kremlin rəsmi saytı bildirir.
“Dağlıq Qarabağ ətrafındakı situasiyanın inkişafı regionda təhlükəsizliyin və stabilliyin təmin edilməsinə dair praktiki vəzifələrin həllinə vurğu yönəldilməklə müzakirə olundu. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli Bəyanatlarının bütün bəndlərinin ardıcıl yerinə yetirilməsinin vacibliyi vurğulandı. Sonrakı təmaslar barədə razılığa gəlindi”,-məlumatda deyilir.