Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin üç keçmiş xarici işlər naziri Raffi Ovannisyan, Vardan Oskanyan və Ara Ayvazyanın da aralarında olduğu bir qrup erməni ictimai-siyasi xadimin bəyanatına cavab verib.
Alp.az xəbər verir ki, Ter-Petrosyanın cavabı “Aravot” qəzetində “Yazıq manifest” başlığı altında dərc olunub:
“Üç gün əvvəl mən 40-dan çox diplomat, elm, tarix və mədəniyyət xadiminin imzası ilə dərc olunmuş “arsax respublikasının taleyi – milli məsuliyyət” başlıqlı bəyanatla tanış oldum. Öncə bu bəyanata dərhal reaksiya vermək istədim, amma bir az fikirləşdikdən sonra buna başqalarının necə reaksiya verəcəyini gözləmək qərarına gəldim.
Nəhayət, siyasi düşüncədən başqa hər şeyi ehtiva etdiyinə görə bu bəyanatı mənasız məşğuliyyət hesab edərək ona reaksiya verməkdən imtina etmək qərarına gəldim. Pessimizmə qapılmamaq üçün Edqar Ovannisyanın “Erebuni-İrəvan”, Robert Əmirxanyanın “Mənim arzum, doğma ölkəm”, Ruben Haxverdyanın “Kiçik qayıq”, Edqar Elbakyanın “Ay” mahnılarının rəngarəng sözlərinə qərq olmaqdan başqa çarəm yox idi. Bu nəğmələrdə milləti xilas etməyə yönəlmiş məlum bəyanata imza atan insanların şüurundan qat-qat dərin və daha davamlı milli ruh xəzinələri var”.axar.az