image-24backend

Paşinyan qumbara bilib yerə uzandı… – Hadisənin detalları

Ermənistanın Baş nazir Nikol Paşinyana alma atan 71 yaşlı Albert Arstamyan sərbəst buraxılıb.

Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a Respublika İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan təsdiqləyib.

Baş nazir İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, A.Arstamyan 9-cu mərtəbədəki mənzilinin pəncərəsindən ona tərəf alma atıb. N.Paşinyan və komandası isə bunun qumbara olduğunu zənn edərək yerə uzanıb. Bundan sonra həmin şəxs saxlanılıb.

Arstamyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, azadlığa buraxılsa da, barəsində açılan iş davam edir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki