image-netanyahu-ap-2150856_1backend

Netanyahu Qəzzada qısamüddətli atəşkəsi rədd edib

İsrail mətbuatı hökumətdəki əksər nazirlərin dəstəyinə baxmayaraq, baş nazir Binyamin Netanyahunun Misir prezidenti Əbdülfəttah əs-Sisinin təklif etdiyi Qəzzada qısamüddətli atəşkəsi rədd etdiyini yazıb.
Elchi.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN və Kanal 12-nin xəbərlərində Tel-Əviv rəhbərliyinin Misirin təklifini qəbul etmədiyi bildirilib.
Kanal 12-nin internet saytındakı xəbərdə İsrail hökumətindəki əksər nazirlərin Misirin təklifini dəstəkləsə də, Netanyahunun buna qarşı çıxdığı bildirilib.
Xəbərdə Netanyahunun “məhbus mübadiləsi danışıqlarının yalnız Qəzzaya hücumlar davam etdiyi müddətdə davam edəcəyini” müdafiə etdiyi və Misirin təklifinin də rədd edildiyi bildirilib.
Xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin də Misirin təklifini dəstəklədiyi diqqət çəkib.
Misir prezidenti Sisi, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 israilli məhbus və bəzi fələstinlilərin mübadiləsi üçün iki günlük atəşkəs təşəbbüsü təklif etdiklərini bildirib.
Sisi, “Müvəqqəti atəşkəsin daimi atəşkəsə çevrilməsi üçün yaxın 10 gün ərzində danışıqlar aparılacaq” ifadəsini işlədib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki