İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasının tərəfdarıdır.
Elchi.az Reuters-ə istinadən xəbər verir ki, o, əmindir ki, ölkələr arasında sülh mümkündür,
Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirdiyi mətbuat konfransında İsrailin baş naziri jurnalistlərə açıqlamasında ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında sülhün tərəfdarı olduğunu bildirib. “Düşünürəm ki, İsrail və Səudiyyə Ərəbistanı arasında sülh nəinki mümkün, hətta baş verəcək”, – Netanyahu bildirib.
İsrailin baş nazirinin sözlərinə görə, o, bu məqsədə çatmaqda qərarlıdır. “Mən bilirəm ki, prezident buna nail olmağa hazırdır və düşünürəm ki, Səudiyyə Ərəbistanı rəhbərliyi bunda maraqlıdır. Ona görə də biz ona yaxşı şans verəcəyik və düşünürəm ki, uğur qazanacağıq”, – Netanyahu bildirib.
Yeganə