image-netanyahu-tum-lubnani-vurmaya-devam-edecegiz-okxibackend

Netanyahu: Bütün Livanı vurmağa davam edəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcək.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bütün Livana qarşı hücumlarını davam etdirəcəklərini açıqlayıb.
Netanyahu Hayfa şəhərinin cənubunda İHA hücumunun hədəfi olan Qolani təlim bazasını ziyarət edib.
Burada çıxış edən Baş nazir Netanyahu İsrail ordusunun Livandakı hücumlarını davam etdirəcəyini ifadə edərək, “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində Hizbullaha amansızcasına hücum etməyə davam edəcəyik”. dedi.
İsrail ordusu dünən Hizbullahın Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda 4 əsgərin şəhid olduğunu, 7-si ağır olmaqla 58 əsgərin yaralandığını açıqlayıb.
Hizbullah tərəfindən verilən açıqlamada, “müqavimətlə həmrəylik nümayiş etdirmək üçün Hayfa şəhərinin cənubunda Binyamina bölgəsində İsrail ordusunun Qolani Briqadasının təlim bazasına İHA donanması ilə hücum edildiyi bildirilib. Qəzzada Fələstin xalqının, Livan və xalqını müdafiə etmək, Beyrutdakı Basta və Nuveyri məhəllələrinə edilən hücumlara cavab vermək üçün.” Bunun təşkil edildiyi ifadə edildi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki